EN

Parlamentdə bələdiyyələrin sayının azaldılması ilə bağlı TƏKLİFVİDEO

Ötən il bələdiyyələrdə 43 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

Xezerxeber.az-ın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.

İclasda müzakirələr zamanı millət vəkilləri bələdiyələrlə bağlı mühüm təkliflər səsləndiriblər. Deputat Fazil Mustafa bu orqanın səlahiyyətlərinin artırılmasın təklif edib. Həmçinin böyük şəhər bələdiyələrinin yaradılmasının zəruriliyinə toxunub.

Millət vəkili Vüqar Bayramov isə bələdiyyələrin sayının yenidən azaldılmasını təklif edib. Bildirib ki, Azərbaycanda 685 bələdiyə olduğu halda, qonşu ölkələrdə bu rəqəm daha aşağıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
40
xezerxeber.az

1Sources