EN

Yarım ton yanacağı oğurlayıb öz maşınına tökdü, həbs edildi

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində MAN markalı yük avtomobilindən 490 litr yanacaq oğurlanıb.

Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı yanacağı eyni markadan olan öz yük maşınının çəninə töküb. R.Cahangirov barəsində toplanan material məhkəməyə göndərilib.

O, 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Chosen
22
23
olke.az

10Sources