AZ

Abşeronda yük avtomobilindən yanacaq oğurlayan şəxs saxlanılıb

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “MAN” markalı yük avtomobilindən 490 litr yanacaq oğurlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı R.Cahangirov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, R.Cahangirov oğurladığı yanacağı eyni markadan olan öz yük maşınının çəninə töküb. R.Cahangirov barəsində toplanan material məhkəməyə göndərilib. O, 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
14
25
sia.az

10Mənbələr