EN

Günəş Yerə “gülümsədi”

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Günəşdə "gülümsəyən üz" formasını xatırladan görüntü yaranıb.

Axşam.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Bildirilib ki, “göz” rolunu hər biri Yer kürəsindən təxminən 10 dəfə böyük olan iki iri aktiv sahə oynayır. “Təbəssüm” isə ölçüsü təxminən 500 min kilometrə çatan nəhəng protuberansdan ibarətdir.

Laboratoriyanın məlumatına görə, hazırda Günəşin bu hissəsi birbaşa Yerə tərəf yönəlib. Yaxın planetlər – Venera, Merkuri və Mars isə Günəşin əks tərəfində yerləşir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
96
15
axsam.az

10Sources