Kosmosda nadir görüntü: Günəş Yerə “gülümsəyir”
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutu-nun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Qeyd olunur ki, Günəş hazırda təxminən 1,5 milyon kilometr ölçüdə “nəhəng təbəssümlü üz” kimi görünür. Ulduzun “gözləri” hər biri Yer kürəsindən təxminən 10 dəfə böyük olan iki aktiv bölgədir, “təbəssüm” isə təxminən 0,5 milyon kilometr ölçüdə nəhəng çıxıntıdan əmələ gəlir. Alimlər bildiriblər ki, Günəş bu qeyri-adi formasını hazırda Yerə tərəf yönəldib, ən yaxın planetlər – Merkuri, Venera və Mars isə ulduzun uzaq tərəfində yerləşir. Astronomlar bu nadir görünüşün təbii kosmik proseslər nəticəsində meydana gəldiyini və Günəşin aktivlik dövrlərini əks etdirdiyini vurğulayırlar.