EN

Realın zədəsi sağalan müdafiəçisi əsas heyətə qayıdır

ain.az bildirir, Bakivaxti portalına istinadən.

İspaniyanın "Real" klubunun müdafiəçisi Antonio Rüdiger zədədən sonra əsas heyətə qayıtmağa hazırlaşır.

Bakıvaxtı.az  "Diario AS" nəşrinə istinadən xəbər verir ki, alman futbolçunun "Real Sosyedad"a qarşı keçiriləcək qarşıdakı matçda meydana çıxacağı gözlənilir.

Rüdiger Çempionlar Liqasının pley-off mərhələsində Portuqaliyada "Benfika"ya qarşı səfər oyununa da hazır olacaq.

Onun qayıdışı start heyətində yer alan Din Heysen üçün ciddi rəqabət yaradır. Mənbənin yazdığına görə, əgər Rüdiger növbəti həftə əsas heyətdə oynamağa tam hazır olarsa, böyük ehtimalla Heysen ehtiyatda qalacaq.

Qeyd edək ki, Xabi Alonsonun rəhbərliyi altında mövsümə yaxşı başlayan Madrid təmsilçisi oktyabrdan sonra baş verən zədələr səbəbindən sabit çıxışda çətinlik çəkib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
4
bakivaxti.az

5Sources