Bakı.Trend:
Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlanıb.
Trend-inməlumatına görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarınınkeçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrinqanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkun olunmuşİntiqam Ağayev saxlanılıb.
Belə ki, onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxışzamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı iləİ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalardavam etdirilir.