EN

Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş

ain.az, Avtosfer saytına istinadən bildirir.

Fransa polisinin Var departamentində polis reydi böyük fırıldaqçılığın üstünü açıb.

Avtosfer.az xəbər verir ki, jandarmlar 247 km/saat sürətlə hərəkət edən “Ferrari”ni saxladıblar.

Sənəd yoxlaması zamanı sürücünün daimi yaşayış yeri olmadığı (danışıqda “bomj”) üzə çıxıb. Sürücü avtomobilin onun anasına məxsus olduğunu iddia edib.

Avtomobil dayanacağa yerləşdirilərək araşdırma aparıldıqda isə böyük fırıldaqçılıq üzə çıxıb. Məlum olub ki, sürücü daşınmaz əmlak şirkətinə sahibdir. Şirkətin əməkdaşları isə onun anası və digər qohumlarıdır.8 aylıq təhqiqat zamanı məlum olub ki, 250 min avroluq (500 min manat) maşını sürən şəxs uzun müddətdir dövlətdən sosial yardım alırmış. İllər ərzində dövlətdən alınmış yardımın dəyəri 2 milyon avroya (4 milyon manat) yaxındır. Bank sənədlərinin yoxlanması zamanı yüz minlərlə avroluq pul köçürmələri də üzə çıxıbAxtarış zamanı müstəntiqlər 3 avtomobil və 300 min manatlıq lüks malları və 80 min avro nağd vəsaiti müsadirə ediblər.Təqsirləndirilən şəxslərə qarşı 3 maddə ilə ittiham irəli sürüılüb. Məhkəmə oktyabrda keçiriləcək.

Vüqar

Oxunub 30

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
115
avtosfer.az

1Sources