EN

ABŞ-nin bu nazirliyi maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini qismən dayandırıb

Bakı. Trend:

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DTN) qurumlarınınmaliyyələşdirilməsi ilə bağlı qanunvericilər razılığa gələbilmədikdən sonra fəaliyyətini qismən dayandırıb.

Trend bu barədəABŞ KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, “şatdaun” (maliyyələşmənin olmaması səbəbindənfəaliyyətin qismən və ya tam dayandırılması) DTN əməkdaşlarının 13faizinin qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə göndərilməsinəsəbəb olub. Onlar böhranlı vəziyyət həllini tapana qədər işlərinidavam etdirə bilməyəcəklər.

Vəziyyət Konqresdə aparılan müzakirələr zamanı demokratların birhissəsinin Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE)fəaliyyəti ilə bağlı bir sıra insidentlərdən sonra sərt tələblərirəli sürməsi və bunun müqabilində qurumun maliyyələşdirilməsinindavam etdirilməsini şərt kimi qoyması səbəbindən yaranıb. Lakinsenatorlar razılığa gələ bilməyiblər və nəticədə DTN-in qismən“şatdaun”u baş verib.

Məqalədə:
Chosen
143
1
az.trend.az

2Sources