EN

Emin Hüseynovun sualına Prezidentin sərrast cavabı - VİDEO

Münhen Təhlükəsizlik Konfransında iştirakdan sonra Prezident İlham Əliyev mətbuat nümayəndələrinə müsahibəsi əsnasında mühacir jurnalist Emin Hüseynovun qərəzli sualına da qısa və sərrast cavab verib.

 

Emin Hüseynov ona yaxınlaşaraq "müstəqil" mediaya müsahibə verməsini istəyib.

 

Prezident isə “dünyada müstəqil media yoxdur” deyə qısa və sərrast şəkildə cavab verib.

 

Qeyd edək ki, Avropada yaşayan mühacir jurnalist Emin Hüseynov antiazərbaycan mövqeyi ilə tanınır. Hətta 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə belə Azərbaycanın milli maraqları əleyhinə çıxışlar edib, özünü “novarçı” və erməni hüquqlarının "müdafiəçisi" kimi göstərən antimilli şəxsdir.

 

Bakupost.az

 

 

 

Tarix: 14 Fevral 2026, 17:09   
Chosen
22
2
pravda.az

3Sources