EN

Liverpul Məhəmməd Salahın yerinə 95 milyonluq bomba tapdı

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Liverpul" klubu misirli ulduzu Məhəmməd Salahın gedişinə hazırlaşır və onun xələfini artıq müəyyən edib.

Fanat.Az xəbər verir ki, "mersisaydlılar" "Atletik Bilbao"nun ulduzu Niko Vilyams üçün bütün transfer rekordlarını qırmağa hazırdır.

İspaniya mətbuatının yazdığına görə, klub 23 yaşlı vingerin müqaviləsindəki 95 milyon avroluq sərbəstqalma maddəsini dərhal aktivləşdirmək niyyətindədir. Salahın 2027-ci ildə başa çatan müqaviləsi və ya yayda mümkün gedişi fonunda, Vilyams "Enfild"də əsas hədəfə çevrilib.

Futbolçu bu mövsüm zədələrlə mübarizə aparsa da, "Liverpul" rəhbərliyi onun gələcək potensialına tam əmindir. "Tottenhem"in də bu transfer yarışına qoşulduğu bildirilsə də, hazırda favorit "Liverpul" hesab olunur.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
55
1
fanat.az

2Sources