EN

“Boşanmaq faciəli hal deyil”

ain.az, Olke.az saytına istinadən bildirir.

“Elə hər kəs dözməkdən danışır. Şiddət görən, şiddətlə böyüyən, psixoloji problemlər qazanan övladları da düşünək. İki insan biri-birinin həyatını zəhərləyirsə, ayrı yaşasalar daha yaxşıdır”.

"Ölkə.az" bildirir ki, bunu bəstəkar, müğənni Murad Arif deyib. O, son günlər müzakirə olunan boşananlar cərimələnsin kimi fikirlərə belə reaksiya verib:

“Boşanmaq ümumiyyətlə faciəli bir şey deyil. İnsanlar daha dözümlü deyillər. Keçmişdə çox idi şiddətə, ər, qaynana təziqinə dözənlər. Belə-belə psixoloji cəhətdən çat vermiş nəsil yaratdıq. Demirəm boşanmaq yaxşı bir şeydir, amma bu hallara dözməkdənsə ayrı yaşamaq daha yaxşıdır”.

Qeyd edək ki, xanəndə Eldəniz Məmmədov boşanan hər kəsin qanunla 50 min manat məbləğində cərimələnməsini təklif etmişdi.(Yeni Sabah)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
59
2
olke.az

3Sources