Bir vaxtlar inqilab kimi təqdim edilən və hər yeni avtomobildə standart hala gələn "Start-Stop" sistemi artıq mübahisə mövzusuna çevrilib. Bir çox istehsalçı və ekspert bu sistemin faydasından çox zərəri olduğunu düşünməyə başlayıb.
Milli.Az xəbər verir ki, Start-Stop sistemi tıxaclarda mühərriki söndürüb yenidən işə salmaqla işləyir. Lakin normal bir mühərrik ömrü boyu təxminən 50 min dəfə işə düşmək üçün nəzərdə tutulsa da, Start-Stop olan avtomobillərdə bu rəqəm 500 mini keçə bilir.
Nəticədə marş mühərriki (starter), akkumulyator və mühərrik yataqları daha tez sıradan çıxır.
Bu sistemlə işləyən avtomobillər üçün adi akkumulyatorlar kifayət etmir; onlar üçün daha güclü və bahalı AGM və ya EFB tipli akkumulyatorlar tələb olunur. İstehlakçılar qənaət etdikləri yanacaq pulunu, sonda bahalı akkumulyator dəyişiminə xərcləməli olurlar.
Araşdırmalar göstərir ki, Start-Stop sistemi şəhər daxili sıx tıxacda yanacaq qənaətinə cəmi 3% ilə 5% arasında təsir edir. Sürücülərin çoxu bu kiçik qənaət üçün mühərrikin daimi sönüb-yanmasından yaranan sarsıntı və komfort itkisini qəbul etmək istəmir.
Start-Stop texnologiyasının sonunu gətirən ən böyük amil elektrikli keçiddir.
Daxili yanma mühərriki söndükdə belə, avtomobil elektrik mühərriki ilə hərəkətə davam etdiyi üçün köhnə nəsil "Start-Stop"a ehtiyac qalmır.
Bu avtomobillərdə zatən "rölanti" (boşda işləmə) anlayışı olmadığı üçün sistem tamamilə mənasını itirir.
Lalə Qüdrətova
Milli.Az