Azərbaycanın Əməkdar artisti Ramil Qasımov milli muzeylərin populyarlaşdırılmasına yönəlmiş yeni mədəni-maarifləndirici layihəyə start verib.
Təşəbbüs videorolikar formatında həyata keçiriləcək. Layihə çərçivəsində ölkənin müxtəlif muzey müəssisələri, onların tarixi, unikal ekspozisiyaları və mədəni irsin qorunmasındakı rolu geniş auditoriyaya təqdim olunacaq. Layihənin məqsədi gənclərin və turistlərin Azərbaycanın muzey məkanına marağını artırmaq, muzeylərin maarif, elm və incəsənət mərkəzləri kimi əhəmiyyətini ön plana çəkməkdir.
Layihənin ilk iştirakçısı Milli Azərbaycan Tarixi Muzeyi olub - bu muzey ölkənin ən böyük və ən qədim mədəniyyət ocaqlarından biridir.
Ramil Qasımovun sözlərinə görə, layihənin əsas məqsədi muzeyləri ictimaiyyət üçün daha açıq və əlçatan etmək, onların keçmişlə bu günü birləşdirən canlı məkanlar olduğunu göstərməkdir. Gələcəkdə respublikanın digər muzey müəssisələri haqqında da videomaterialların hazırlanması planlaşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta