EN

X platformasından İrana gözlənilməz zərbə

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin "X" nəhəng sosial media platforması İrana tətbiq edilən sanksiyalar çərçivəsində gözlənilməz addım ataraq bir sıra yüksəkrütbəli iranlı məmurların hesablarındakı "mavi təsdiq" (premium) nişanlarını ləğv edib.Demokrat.az "Milliyyet"ə istinadən xəbər verir ki, "mavi nişan"dan məhrum edilən hesablar sırasında İranın xarici işlər naziri Abbas Əraqçi, Məhkəmə Hakimiyyətinin rəhbəri və Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani kimi nüfuzlu siyasi fiqurların adları yer alır.Mövzu ilə bağlı "X" platforması tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Xatırladaq ki, platforma bundan əvvəl də İran bayrağı emojisini monarxiya tərəfdarı olan müxaliflərin istifadə etdiyi köhnə bayraqla əvəz etməsi ilə gündəmə gəlmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
120
demokrat.az

1Sources