EN

Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

Belqrad. Trend:

Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlarıaçacağıq və aramızdakı təmaslar əvvəlki dövrlə müqayisədə daha sıxolacaq.

Trend xəbər verirki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Prezidentİlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Respublikası vəSerbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ciiclasında bildirib.

"Eyni zamanda, mədəniyyət, idman, iqtisadiyyat, kəndtəsərrüfatı, sənaye, hərbi-texniki əməkdaşlıq kimi müxtəlifsahələrə gəldikdə, tam əminəm ki, bizim əlaqələr dünyanın istəniləniki ölkəsi arasında mümkün münasibətlərlə müqayisədə daha genişdir.Sadəcə bir məsələni də əlavə etmək istəyirəm, mən əziz dostum İlhamƏliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digərvaxtlarda. Elə bu səbəbdən bu gün həmin məqsədlə daha çox vaxt sərfetdim. Mən gələcəkdə də belə edəcəyəm. Bilirəm ki, o, çox sədaqətlidostdur. Bilirəm ki, biz Azərbaycandan çox yaxşı işlər gözləyəbilərik və inanıram ki, Azərbaycan xalqı hər zaman Serbiyadan vəSerbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər. Serbiyanazirlərindən xahiş edərdim ki, onlar azərbaycanlı tərəfdaşlarımızkimi ürəkdən çalışsınlar. Sizə işinizdə uğurlar arzu edirəm", -deyə Vuçiç əlavə edib.

Chosen
69
11
az.trend.az

10Sources