EN

Yalnız 2 kluba baş məşqçi olmadan da qayıdaram Runi

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Ueyn Runi bildirib ki, o, “Mançester Yunayted” və “Everton”da köməkçi məşqçi kimi işləməyə hazırdır.

Sportal.az xəbər verir ki, "No Tippy Tappy Football" podkastında sabiq “Mançester Yunayted” hücumçusuna baş məşqçi kimi geri qayıtmaq imkanları barədə sual verilib:

“Əgər uyğun fürsət olsa, qayıdardım. Heç yerə tələsmirəm”, – deyə ingilis futbolçu cavab verib.

Sonra 40 yaşlı Runiyə köməkçi kimi işləməyə hazır olub-olmaması soruşulub:

“Tamamilə, bəli. Bir neçə həftə əvvəl mənə soruşdular ki, “Mançester Yunayted”ə başqa rolda qayıdardımmı. Əlbəttə ki, qayıdardım.

Yalnız 2 kluba məşqçi olmadan da qayıdardım, bunlar “Everton” və “Mançester Yunayted”dir, çünki bu iki klub mənim ürəyimə çox yaxındır”. deyə – Runi bildirib.

Qeyd edək ki, öz məşqçi karyerası ərzində Runi “Derbi Kaunti”, “DC Yunayted”, “Birmingem” və “Plimut” komandalarına rəhbərlik edib.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
51
2
sportal.az

3Sources