EN

Antarktidada ölümcül virus yayıldı: Vəhşi quşların kütləvi tələfatı baş verir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq elmi mərkəzlərin bioloqları təsdiqləyiblər ki, Antarktidada vəhşi quşların kütləvi tələfatına səbəb yüksək patogenli H5N1 quş qripi virusudur. 2023 və 2024-cü illərin yay mövsümlərində 50-dən çox cənub qütb sahilqağayısı bu təhlükəli virus səbəbindən tələf olub.

Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Scientific Reports" (SciRep) jurnalında dərc edilib.

2024-cü ilin əvvəlində bir qağayı və iki sahilqağayısının ölümündən sonra "S/V Australis" gəmisi ilə ekspedisiya təşkil olunub. Ekspedisiya Cənub Şetland adalarında, Ueddell dənizi sahillərində və Antarktida yarımadasında yerləşən on ərazini tədqiq edib. Mütəxəssislər laborator analiz üçün xəstə və ölü quşlardan toxuma nümunələri götürüblər. Bu, kütləvi ölüm hallarını birbaşa infeksiya ilə əlaqələndirməyə imkan verib.

Araşdırmalar göstərib ki, H5N1 virusu quşlarda ciddi nevroloji pozğunluqlar yaradır. Onlarda oriyentasiyanın itirilməsi, boynun qeyri-adi hərəkətləri, dairəvi üzmə və ya yerimə, maneələrə çırpılma kimi əlamətlər müşahidə olunub. "Erasmus MC" tibb mərkəzinin bioloqları hesab edirlər ki, sahilqağayıların demək olar ki, hamısının ölümünün əsas səbəbi məhz bu nevroloji zədələnmələr olub.

H5N1 virusu ilk dəfə 1996-cı ildə Cənub-Şərqi Çində qaz fermasında aşkar edilib və sonradan Asiya, Avropa və digər qitələrdə həm vəhşi, həm də ev quşları arasında yayılıb. 2024-cü ilin əvvəlində isə virus Antarktidaya çatıb. Bundan əvvəl həmin ştam Argentinada dəniz filləri və dəniz şirlərinin, eləcə də yüz milyonlarla ev quşunun kütləvi tələfatına səbəb olub, həmçinin tülkü, ayı və su samuru kimi məməliləri yoluxdurub.

Ekspertlər xəbərdarlıq edirlər ki, H5N1 virusunun Antarktidaya yayılması iqlim dəyişikliyi, çirklənmə və turizmin artan təzyiqi altında olan yerli fauna üçün yeni və ciddi təhlükə yaradır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
65
oxu.az

1Sources