EN

CAR-da fövqəladə vəziyyət elan edildi

Bakı. Trend:

Cənubi Afrika Respublikasında yayılmış dabaq xəstəliyisəbəbindən ölkə üzrə fövqəladə vəziyyət elan edilib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, ölkənin Milli Fəlakətlərinİdarəetmə Mərkəzinin rəhbəri Elias Sithole bildirib ki, bir neçəəyalətdə müşahidə olunan yoluxma artıq milli səviyyədə riskyaradıb.

Prezident Sirill Ramafosa hökumətin qarşıdakı 12 ay ərzindətəxminən 14 milyon iri buynuzlu heyvanın peyvənd olunmasınıplanlaşdırdığını açıqlayıb. Qeyd olunub ki, xəstəlik heyvandarlıq,ərzaq təhlükəsizliyi və ixrac bazarları üçün ciddi təhlükəyaradır.

Chosen
58
az.trend.az

1Sources