“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 100-cü qələbəsini qazanıb.
Msport.az xəbər verir ki, bu, “Karvan-Yevlax”la qarşılaşmaya təsadüf edib.
Qəsəbə təmsilçisi Premyer Liqanın XX turunun ev görüşündə 1:0 hesabı ilə qalib gəlib. Rəşad Sadıqovun rəhbərliyi ilə 220-ci sınağa çıxan komanda 100-cü dəfə qələbəyə sevinib.
Bunlardan 82-si Premyer Liqa, 14-ü ölkə kuboku, 4-ü avrokuboklara təsadüf edib.