EN

ABŞ hərbçiləri tərəfindən ələ keçirilən tankerin Çinə getdiyi MƏLUM OLDU – FOTO

ABŞ xüsusi təyinatlıları Hind okeanında neft tankerini ələ keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

ABŞ xüsusi təyinatlı qüvvələri ötən gün günorta saatlarında Hind okeanında “Veronica III” neft tankerinə daxil olaraq gəmini nəzarətə götürüblər.

Pentaqonun məlumatına görə, sözügedən gəmi “kölgə donanması”nın tərkibinə daxildir.

Tankerin Venesuela nefti ilə yükləndiyi və Çin istiqamətində hərəkət etdiyi müəyyən edilib.

Bildirilib ki, ABŞ hərbi mütəxəssisləri gəmini hələ Karib dənizindən etibarən yaxından izləməyə başlayıblar.

Hazırda gəmi ilə bağlı əməliyyatın təfərrüatları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
133
interpress.az

1Sources