EN

Özgü Namalın Türkiyə ilə bağlı suala cavabı müzakirələrə səbəb oldu

Almaniyada keçirilən 76-cı Berlin Beynəlxalq Film Festivalında “Sarı zərflər” filmi ilə bağlı maraqlı məqam yaşanıb.

Kulis.az xəbər verir ki, filmin baş rol ifaçısı Özgü Namal festival çərçivəsində təşkil olunan görüşdə Türkiyə ilə bağlı ona ünvanlanan düzəldərək cavab verib və bu mövqeyi ilə böyük rəğbət qazanıb.

Rejissoru İlker Çatak olan, çəkilişləri ötən il Berlin və Hamburq şəhərlərində aparılan film "Berlinale"də “Ən yaxşı aktyor” nominasiyasında “Gümüş Ayı” mükafatına namizəd göstərilib. Film siyasi təzyiqlər səbəbindən işlərini itirən və evlilikləri sınağa çəkilən sənətçi cütlüyün hekayəsindən bəhs edir.

Ekran işində baş rolları Özgü Namal və Tansu Biçer canlandırır.

Berlin'de

Festival çərçivəsində keçirilən söhbət zamanı aktrisaya “Əgər bu filmi Türkiyədə çəksəydiniz, performansınız dəyişərdimi?” sualı ünvanlanıb. Özgü Namal isə suala düzəliş edərək cavab verib:

“Bu, Türkiyədə nümayiş etdirilə bilməyən və ya çəkilə bilməyən bir film deyil. Biz filmi Türkiyədə çəkə bilmədiyimiz üçün Almaniyada çəkməmişik. Hekayənin başlanğıcı da belə deyil. Diqqət etmisinizsə, filmdə Hamburq və Berlin də bir obraz kimidir. Bu, Türkiyədə çəkilə bilməyən film deyil, burada çəkilməsi seçilmiş bir işdir. Bəli, prodüser baxımından müəyyən rahatlıqlar var, amma bu, mümkünsüzlük demək deyil”.

Berlin'de

Aktrisa əlavə edib ki, filmin Türkiyədə çəkilməsi onun performansını dəyişməzdi. Bununla belə, rejissor İlker Çatakın Almaniya mühitinə və oradakı enerjiyə yaxından bələd olmasının ekran işinə təsir etdiyini vurğulayıb:

“Bizim gətirdiyimiz türk enerjisi ilə buradakı enerjinin birləşməsi gözəl harmoniya yaratdı”.

Chosen
35
1
kulis.az

2Sources