Bakı. Trend:
BƏƏ və Azərbaycan arasında iqlim və ətraf mühit sahəsindəuzunmüddətli əməkdaşlığı təmin etmək üçün müəyyən mexanizmlər vəmemorandumlar hazırlanır.
Bunu Birləşmiş Ərəb Əmirliyinin Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi bu gün Bakıdakeçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmimasası çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, bu gün BƏƏ və Azərbaycan nümayəndə heyətləriarasında keçirilən görüş müxtəlif sahələrdə, xüsusilə ərzaqsahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından çoxməhsuldar və faydalı oldu:
"BƏƏ və Azərbaycan şirkətləri arasında təşkil olunan belə görüşüçün minnətdarlığımızı bildiririk.
Ticarət və innovasiya sahəsində, elecə də ətraf mühit və iqlimsahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur.
Komandalarımız bu istiqamətdə sıx əməkdaşlıq edir və qısa müddətərzində yaxşı nəticələr əldə edəcəyik".
Səfir, eyni zamanda iki ölkə arasında uzunmüddətli strayejiəməkdaşlıq imkanlarından da bəhs edib:
"Uzunmüddətli strateji əməkdaşlıq barədə isə qeyd etmək istərdikki, BƏƏ və Azərbaycan arasında iqlim və ətraf mühit sahəsindəuzunmüddətli əməkdaşlığı təmin etmək üçün müəyyən mexanizmlər vəmemorandumlar hazırlanır. Qeyd edək ki, BƏƏ ilə Azərbaycan arasındahərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə artıq 2025-ciildə imzalanıb. Bu müqavilə iki ölkə arasında müxtəlif sahələrdəgeniş əməkdaşlıq imkanlarının açılmasına şərait yaradacaq".