EN

Flik futbolçularına qəzəbləndi: İclasda onlara nə deyib?

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçularına qəzəblidir.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, 60 yaşlı almaniyalı mütəxəssis İspaniya Kubokunun yarımfinalında "Atletiko" qarşısındakı məğlubiyyətdən (0:4) sonra komandanın oyunçularından narazı qalıb.

O, ötən həftənin cümə günü iclas keçirərək futbolçularına bildirib ki, komanda ruhsuz, qeyri-intensiv, mübarizəsiz və qələbə istəyi olmadan çıxış edib. Flikin fikrincə, belə oyun göstərən kollektiv titullar uğrunda mübarizə aparmağa layiq deyil. O, bu vəziyyətin təkrarlanmamasını tələb edib.

Chosen
111
publika.az

1Sources