EN

Terrorçuluq barədə yalan məlumat verən şəxs həbs edildi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitali Zabolotski 6 il müddətə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, Vitali Zabolotski DTX tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Chosen
30
15
bakivaxti.az

10Sources