AZ

Terrorçuluq barədə yalan məlumat verməkdə ittiham edilən şəxsə hökm oxunub

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitali Zabolotski 6 il müddətə azadlıqdan məhrum edilib.

Ölkə.az-ın Report-a istinadən məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, Vitali Zabolotski DTX tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
15
olke.az

10Mənbələr