EN

Rusiyadakı azərbaycanlılarla bağlı pis xəbər Detallar bilindi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyadan Azərbaycana pul köçürmələri 2025-ci ildə 16,3 faiz azalıb. Pul köçürmələrinin azalma səbəbindən danışan Rusiyada yaşayan azərbaycanlı bildirib ki, bununla bağlı sistemdə də problem var.

Sitat: “Banklar ayda 20 min rubldan artıq göndərməyə imkan vermir. İş qurmaq istəyən əvvəllər 5-10 min dollar pul qoyurdu, onu 2-3 aya çıxarırdı, sonra öz qazancı üçün işləyirdi. İndi gərək 100-200 min vəsait qoyasan ki, yarım ildən, bir ildən sonra özünə işləyə biləsən, o da hələ məlum deyil”.

Azalmaya səbəb nədir? Bu, Azərbaycanın sosial-iqtisadi həyatına hansısa formada təsir göstərə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, burada bir neçə əsas səbəb var:

“İlk növbədə, Rusiyada yaşayış standartlarının və iş imkanlarının əvvəlki illərlə müqayisədə zəifləməsi, eləcə də ümumi iqtisadi-sosial vəziyyətin pisləşməsi bu prosesə təsir göstərir. Müharibə şəraiti və Rusiya hökumətinin miqrasiya siyasətində sərtləşmələr də köçürmələrin azalmasına səbəb olan amillərdəndir. Bundan əlavə, milli valyuta olan rublun dəyər itirməsi miqrantların real gəlirlərini azaldıb. Məsələn, əvvəllər aylıq gəliri 1000 manat ekvivalentində olan şəxs, valyuta məzənnəsinin dəyişməsi nəticəsində artıq 800 manat qazanır. Bu isə Azərbaycana göndərilən vəsaitin həcminin azalmasına gətirib çıxarır. Əgər əvvəllər aylıq 700 manat göndərilirdisə, indi bu məbləğ təxminən 500 manat təşkil edir. Digər səbəb isə miqrantlar üçün iş şəraitinin çətinləşdirilməsi, deport halları və bir qisminin başqa ölkələrə üz tutmasıdır”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, son illərdə miqrasiya modelində dəyişiklik müşahidə olunur:

“Azərbaycan vətəndaşları daha çox Avropa ölkələrinə və Türkiyəyə istiqamətlənirlər. Nəticədə Rusiyadan pul köçürmələri azalarkən, qeyd olunan ölkələrdən köçürmələrdə artım qeydə alınır. Bu dəyişikliklər əmlak bazarında da özünü göstərir. Əvvəllər Rusiyada işləyən azərbaycanlılar əsasən Bakıda və qərb bölgələrində mənzil alırdılar. Hazırda isə tendensiya dəyişib. Bəzi vətəndaşlar Azərbaycandakı əmlaklarını sataraq Türkiyədə, Polşada və Avropanın mənzil qiymətləri nisbətən münasib olan ölkələrində daşınmaz əmlaka investisiya edirlər”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
globalinfo.az

1Sources