EN

"Ermənistana hər iki tərəfi qane edəcək sülh təklifləri təqdim etmişik" - Deputat

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Konstitusiyasına dəyişikliklər edilən kimi - ertəsi günü biz sülh müqaviləsini imzalaya bilərik.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında bildirdi ki,  Azərbaycanın mövqeyi tamamilə aydındır:

"Birinci dəfə deyil ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir. Cənab prezident bildirdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı torpaq iddiası müddəasını götürərsə, sabahısı gün həmin sülh sazişi imzalana bilər. Sülh sazişi həm iki ölkənin, həm regionun taleyində çox böyük bir məsələdir. Ermənistan üçün sərhədlər açılır. Eyni zamanda region uzunmüddətli bir sülh dövrünə qədəm qoyur. Aydın məsələdir ki, cənab prezidentimiz növbəti dəfə mötəbər auditoriyaya Azərbaycan mövqeyini açıqladı".

Millət vəkili vurğuladı ki, Ermənistan seçim etməlidir:

"Ya Azərbaycana torpaq iddiası yenə də əsas qanunda qalır və bununla da özünü uzunmüddətli qeyri-müəyyənliyə salır, yaxud da konstitusiyasında dəyişiklik etməklə o, Azərbaycanla normal qonşuluq münasibəti qurur. Bu isə Ermənistanın xeyrinədir. Düzdür, Azərbaycan da bu şəraitin yaranmasını istəyir, amma zaman göstərdi ki, biz Ermənistansız da yaşaya bilərik. Ancaq bununla belə, regionda uzunmüddətli sülh üçün biz Ermənistana hər iki tərəfi qane edəcək sülh təklifləri təqdim etmişik".

Aytəkin TOFİQQIZI

Chosen
90
1
redaktor.az

2Sources