EN

134,6 milyon dollarlıq ticarət dövriyyəsi və yeni perspektivlər - AÇIQLAMA

İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin daha da dərinləşməsinə və Mərkəzi–Şərqi Avropa ilə iqtisadi-enerji əməkdaşlığının genişlənməsinə yeni imkanlar yaradır.

QHT.az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 134,6 milyon dollar olub və Azərbaycanın 106,6 milyon dollarlıq müsbət saldosu qeydə alınıb:

"16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan Avropanın, xüsusilə də Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Səfər çərçivəsində turizm, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın güclənəcəyi gözlənilir. Bu səfər iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir".

 

Pərvanə Fərhadqızı

Chosen
97
qht.az

1Sources