Sankt-Peterburqda spa mərkəzində masajçı qadın müştəri çoxluğundan vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən spa mərkəzlərindən birində bədbəxt hadisə baş verib.
36 yaşlı İndoneziya vətəndaşı olan masajçı qadın “Sevgililər Günü” (14 fevral) münasibətilə yaranan həddindən artıq müştəri axını səbəbindən həyatını itirib.
Məlumata görə, qadın gün ərzində demək olar ki, heç bir fasilə vermədən qonaqlara xidmət göstərib.
İşin sonunda dincəlmək üçün bir qədər uzanan masajçı ayağa durarkən qəfildən huşunu itirərək yerə yıxılıb.
Hadisə yerinə çağırılan həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Vəfat edən qadının vətənində iki azyaşlı övladı qalıb. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.

Xuraman Etibarlı
İnterpress.az