Bu gün TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilən Vüqar Qurbanovun şəxsi avtomobili və nömrəsinin fotosu yayılıb.
Publika.az Milli.az-a istinadən xəbər verir ki, Vüqar Qurbanovun şəxsi avtomobili 99-VJ-999 nömrəli BMV X7 markalı minik vasitəsidir. Vüqar Qurbanov avtomobilin nörməsini də təsadüfən seçməyib.
Sözügedən avtomobilin orta bazar dəyəri 250-300 min manatdır.
Qeyd edək ki, V.Qurbanovun vəzifədən azad olunması ilə bağlı rəsmi məlumat TƏBİB tərəfindən təsdiqlənsə də, qurum sədrinin niyə işdən çıxarıldığı açıqlanmayıb.