EN

Kanala yıxılan epilepsiya xəstəsi dünyasını dəyişib

Şəki, 16 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Epilepsiya xəstəliyindən əziyyət çəkən Şəki sakini su kanalına yıxılıb. Hadisədən xəbər tutan yaxınlıqdakı insanlar həmkəndlilərini xilas edib xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun ucqar Cəyirli kəndi ərazisindəki su kanalında baş verib. 33 yaşlı Abuzər Əsgərov ərazisindəki su kanala yıxılıb. Kənd sakinləri onu kanaldan çıxararaq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də, nəticəsiz olub. Epilepsiya xəstəliyindən əziyyət çəkən Abuzər Əsgərov yolda dünyasını dəyişib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Chosen
39
2
azertag.az

3Sources