AZ

Kanala yıxılan epilepsiya xəstəsi dünyasını dəyişib

Epilepsiya xəstəliyindən əziyyət çəkən Şəki sakini su kanalına yıxılıb. Hadisədən xəbər tutan yaxınlıqdakı insanlar həmkəndlilərini xilas edib xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun ucqar Cəyirli kəndi ərazisindəki su kanalında baş verib. 33 yaşlı Abuzər Əsgərov ərazisindəki su kanala yıxılıb. Kənd sakinləri onu kanaldan çıxararaq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də, nəticəsiz olub. Epilepsiya xəstəliyindən əziyyət çəkən Abuzər Əsgərov yolda dünyasını dəyişib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
6
2
ikisahil.az

3Mənbələr