Binəqədi rayonu 205 nömrəli məktəbə yeni direktor təyin olunub.
Ucnoqta.az xəbər verir ki, məktəbin direktor vəzifəsinə Əlifli Əliheydər Elman oğlu təyin olunub.
Əlifli Əliheydər Elman oğlu 26 yanvar 1993-cu ildə Biləsuvar rayon Zəhmətabad kəndində anadan olub.
2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitunun Tarix və Coğrafiya fakültəsini bitirib.
2014-2017-ci illərdə Yardımlı rayon Arvana kənd tam orta məktəbdə Coğrafiya müəllimi vəzifəsində çalışıb.
2017-2019- cu illərdə Biləsuvar Peşə liseyinin Coğrafiya müəllimi vəzifəsində çalışıb.
2019-cu Noyabr ayından Biləsuvar Rayon Təhsil Şöbəsinin Coğrafiya üzrə metodist vəzifəsinə təyin olunub.