Moskvada azərbaycanlı ər-arvadın meyitləri yaşadıqları binanın qarşısında tapılıb.
Â
İntihar hadisəsi Novoya Moskva ərazisində yerləşən "Salaryevo Park" yaşayış kompleksində baş verib.
Â
Belə ki, yaşayış binasının pəncərələrinin altında evli ər-arvadın meyitləri tapılıb.
Â
Rusiya mətbuatı ər və arvad milliyətcə azərbaycanlı olduğunu yazıb.
Â
Məlum olub ki, azərbaycanlı ər-arvad intihar edərkən mənzildə beş yaşlı uşaq da olub. Hadisənin uşağın gözləri qarşısında baş verdiyi bildirilib.
Â
Yerli mətbuatda yayılan xəbərlərə görə 41 yaşlı Vasif və 38 yaşlı Aygün geyim və alt paltarı mağazasına sahib olublar. Onlar bizneslərinə Xantı-Mansi Muxtar Dairəsində başlayıb, bir müddət əvvəl isə Moskvaya köçüblər.
Â
İntiharın səbəbi məlum deyil. Cütlüyün üç uşağının qaldığı bildirilib.
Â
APA