Moskvada azərbaycanlı ər-arvadın meyitləri yaşadıqları binanın qarşısında tapılıb.
Aznews.az xəbər verir ki, intihar hadisəsi Novoya Moskva ərazisində yerləşən "Salaryevo Park" yaşayış kompleksində baş verib.
Belə ki, yaşayış binasının pəncərələrinin altında evli ər-arvadın meyitləri tapılıb.
Rusiya mətbuatı ər və arvad milliyətcə azərbaycanlı olduğunu yazıb.
Məlum olub ki, azərbaycanlı ər-arvad intihar edərkən mənzildə beş yaşlı uşaq da olub. Hadisənin uşağın gözləri qarşısında baş verdiyi bildirilib.