EN

ABŞ-da buz hokkeyi oyununda silahlı hücum: Ölən və yaralananlar var

ABŞ-da buz hokkeyi oyununda silahlı hücum: Ölən və yaralananlar var

ABŞ-ın Rod-Aylend ştatında buz hokkeyi oyunu zamanı törədilən silahlı hücum nəticəsində 1 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.

Hadisə Rod-Aylend ştatının Pautaket şəhərində baş verib. "Dennis M Lynch Arena" adlı buz meydançasında təşkil edilən hücumda ilkin məlumatlara görə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisə yerinə çox sayda polis və təcili yardım briqadası cəlb edilib, buz meydançası dərhal təxliyə olunub.

ABŞ mətbuatının verdiyi məlumata görə, hücumçu zərərsizləşdirilib. Hadisənin iki yerli məktəbin oğlanlardan ibarət komandaları arasında keçirilən buz hokkeyi oyunu zamanı baş verdiyi bildirilir.

Chosen
67
afn.az

1Sources