EN

“Feyenoord”a keçmiş Rahim Sterlinqin Niderlandda iş icazəsi yoxdur

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Feyenoord” klubu xaricdə məşq etməli olacaq, çünki Rahim Sterlinqin Niderlandda iş icazəsi yoxdur.

İdman.Biz bildirir ki, ingilis cinah oyunçusu kluba 12 fevralda Rotterdam klubuna qoşulub. İş icazəsi məsələsinə görə oyunçu 15 fevralda “Qo Ehed İqlz”ə qarşı matçda oynaya bilməyib və ölkədə komandası ilə məşqk etməyə icazə verilməyib.

“Feyenoord”un baş məşqçisi Robin van Persi komandanın bu həftə Belçikada qısa təlim-məşq toplanışı keçirəcəyini açıqlayıb.

“Xaricdə məşq etmək mümkündür. Biz bunu onun [Sterlinq] üçün edirik, amma mən həm də komandamızın inkişafı üzərində işləmək istəyirəm. Xoş söhbətlər edə və birlikdə əylənə bilərik.

O, sabahkı gün [çərşənbə axşamı] məşqlərə qayıdacaq. Hər həftə onun fiziki hazırlığını izləyəcəyik. Bu, bir az vaxt aparacaq, amma mənə məntiqli görünür, çünki o, altı aydır ki, oynamır”, - van Persi deyib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
icma.az

2Sources