Köməksiz qalan azyaşlı XİLAS EDİLDİ- GÖRÜNTÜLƏR
Ajans.az xəbər verir ki, bununla bağlı FHN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onsəkkizmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub giriş qapısını açaraq 2020-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.