EN

Yerin təkindən istifadənin daha bir növü müəyyənləşir

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yerin təkindən istifadənin daha bir növü müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə “Yerin təki haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil edilir.

Təklif olunan digər dəyişikliyə əsasən, yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
81
8
apa.az

9Sources