EN

“Risalə” elmi araşdırmalar jurnalının iki nömrəsi işıq üzü görüb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 fevral, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin araşdırmalar toplusu olan “Risalə”nin iki nömrəsi çapdan çıxıb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış elmi toplunun baş redaktoru muzeyin direktoru akademik Rafael Hüseynovdur. Jurnalın redaksiya heyəti Azərbaycan alimləri ilə yanaşı, Avropa və Asiyanın bir sıra nüfuzlu elmi-tədqiqat müəssisələrinin filoloq və sənətşünas professor və tədqiqatçılarından ibarətdir.

Jurnalın yeni nömrələrində muzey əməkdaşlarının, elmlər doktorları, fəlsəfə doktorlarının, eləcə də dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçıların müxtəlif mövzuları ehtiva edən elmi məqalələri yer alıb. Araşdırmaçılar məqalələrində Azərbaycan klassik və müasir ədəbiyyatının bir sıra aktual və az öyrənilmiş problemlərinə yeni prizmadan yanaşıblar.

Klassik və müasir Şərq və Azərbaycan ədəbiyyatı, mədəniyyətşünaslığın ayrı-ayrı problemləri ilə əlqədar 20-dən artıq dəyərli məqalənin yer aldığı bu məcmuələr mühüm yerli və xarici kitabxanalara, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına və bir sıra universitetlərin kitabxanalarına göndəriləcək.

Qeyd edək ki, “Risalə” jurnalı 2004-cü ildən etibarən ildə iki dəfə nəşr olunur və məzmunu etibarilə filologiya (Azərbaycan və dünya ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, mətnşünaslıq) və sənətşünaslıq (muzeyşünaslıq) sahələri üzrə məqalələri əhatə edir. Vəsait filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısındadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
97
azertag.az

1Sources