"Nazirlər Kabineti daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı yeni prosedur qaydalarını təsdiqləyib. Yeni qaydalara əsasən, təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrındakı məlumatlarla uyğun gəlmədikdə, 15 iş günü ərzində araşdırma aparılacaq".
QHT.az xəbər verir ki, bu sözləri Millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiqləndiyi halda əmlak dövlət qeydiyyatına alınacaq və kadastr məlumatlarında müvafiq düzəliş ediləcək. Bu dəyişikliklər qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesinin sürətləndirilməsinə və mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.