EN

Bakıya nə qədər "Nyukasl" azarkeşi gəlir?

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın qonağı olacaq "Nyukasl” Bakıda dəstəksiz qalmayacaq. Artıq oyuna bir neçə gün qalmışdan paytaxt küçələrində xeyli sayda ingilis fanat gözə dəyir.

“Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin QOL.az-a verdiyi məlumata görə, sabah keçiriləcək matçı 1800-dən artıq “Nyukasl” azarkeşinin canlı izləyəcəyi gözlənilir.

Onun sözlərinə görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün İngiltərə təmsilçisinin azarkeşlərinə 1998  yer ayırıb.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək matç saat 21:45-də start götürəcək.

Chosen
106
1
teleqraf.com

2Sources