EN

İtaliyada XIX əsrə aid teatr binası yanır

İtaliyanın Neapol şəhərində 1847-ci ildən fəaliyyət göstərən tarixi "Sannazaro" teatrının binasında yanğın başlayıb.

Oxu.Az ANSA agentliyinə istinadən xəbər verir ki, yanğın nəticəsində teatrın günbəzi çöküb.

Hadisə zamanı yaxınlıqda yerləşən binalara da ziyan dəyib.

Məlumata görə, bir neçə nəfər dəm qazından zəhərlənib, lakin ciddi xəsarət alan olmayıb.

Hadisə yerində yanğınsöndürənlər işləyirlər, hadisənin başvermə səbəbləri araşdırılır.

"Cebheinfo.az"

Chosen
49
cebheinfo.az

1Sources