EN

Hesablama Palatası: OMXÇ ilə bağlı tənzimləmə qanunvericilikdə əksini tapmayıb

Yeni büdcə modelinə keçidin sürətli və sistemli aparılması üçün ilk növbədə hüquqi baza tam formalaşdırılmalıdır. Lakin Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) ilə bağlı tənzimlənmə “Büdcə sistemi haqqında” Qanunda təsbit edilməyib, büdcənin tərtibi prosesinin strateji və texniki mərhələlərinin əlaqələndirilməsinə dair müddəalar “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda müəyyən olunmayıb.

APA-Economics” bu barədə Hesablama Palatasının 2025-ci il üzrə "Dövlət auditi" jurnalına istinadən xəbər verir.

Qeyd edilib ki, OMXÇ-nin tətbiq olunduğu xərclərin funksional təsnifatının bölmələrində əhəmiyyətli məbləğlərdə bölüşdürülməmiş xərclər nəzərdə tutulur, bununla yanaşı, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri və digər mənbələrdən də “Təhsil”, “Sosial müdafiə və sosial təminat”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” sektorlarına vəsait yönləndirilir. Sözügedən vəsaitlərin sektor üzrə strateji planların və büdcə planlarının tərtibi zamanı obyektiv səbəblərə görə nəzərə alınmaması nəticəəsaslı büdcə mexanizminə keçidlə bağlı müəyyən uyğunsuzluqlara səbəb olur.

Chosen
97
1
apa.az

2Sources