EN

Bütün ermənilərin katolikosu II Qaregin istintaqa ifadə verməkdən İMTİNA ETDİ

Bütün ermənilərin katolikosu II Qaregin istintaqa ifadə verməkdən imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Bütün ermənilərin katolikosu II Qaregin keşişlik rütbəsindən məhrum edilmiş Saroyanın iddiası əsasında açılan cinayət işi üzrə müstəntiqlərə ifadə verməyib.

Qəzetin yazdığına görə, patriarx qanuni hüququndan istifadə edərək dindirilmədən imtina edib.

Qeyd olunur ki, bu hadisə erməni kilsəsinin tarixində ilk dəfədir baş verir.

Belə ki, kilsə tərəfindən bir şəxsin rütbədən məhrum edilməsi barədə qərar ilk dəfədir ki, məhkəmədə mübahisələndirilir.

Hazırda bu iş üzrə istintaq hərəkətləri davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
73
interpress.az

1Sources