EN

Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür

Abşeron dairəvi marşrutu üzrə səfər etmək istəyən sərnişinlər üçün başqası adına bilet almaq mümkündür.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Publika.az-a verilən məlumata görə, bu funksiya “ADY Mobile” tətbiqi vasitəsilə həyata keçirilir.

İstifadəçi tətbiqdə Abşeron dairəvi marşrutu üzrə səfər bileti aldıqdan sonra “Biletlərim” bölməsinə daxil olur, bileti seçərək “Detallara bax” hissəsindən istədiyi şəxsə göndərə bilir.

Bileti qəbul edən şəxs göndərilən QR kodu turniketdə oxudaraq səfərə başlaya bilər.

Chosen
54
2
publika.az

3Sources