EN

Şahbuzda avtomobil yolunda qaya uçqunu baş verib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Naxçıvan, 17 fevral, AZƏRTAC

Şahbuz rayonunun Biçənək kənd avtomobil yolunda güclü yağan qar və yağışlar nəticəsində qaya uçqunu baş verib.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Zərnətun körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları düşüb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları qısa müddət ərzində ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
97
12
azertag.az

10Sources