AZ

Avtomobil yolunda qaya uçqunu baş veribFOTO

Şahbuz rayonunun Biçənək kənd avtomobil yolunda güclü yağan qar və yağışlar nəticəsində qaya uçqunu baş verib.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Zərnətun körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları düşüb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları qısa müddət ərzində ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.

  • Avtomobil
  • Avtomobil
  • Avtomobil
  • Avtomobil
Seçilən
78
12
xezerxeber.az

10Mənbələr