Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Publika.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz.
"Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.